Saytımızı qiymətləndirin


 
 

Saakaşvili Lukaşenko ilə 4 gizli görüş keçirdiyini deyib
Tarix: 09-02-2022 | Saat: 17:54
Bölmə:Karusel / Region | çapa göndər

Saakaşvili Lukaşenko ilə 4 gizli görüş keçirdiyini deyib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda Prezidentliyi dövründə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə 4 gizli görüş keçirdiyini deyib.

Qarabaginfo.az xəbər verir ki, sabiq Prezident belaruslu həmkarından rəsmi Minskin Abxaziya və Osetiyanın müstəqilliyini tanınmaması məsələsini müzakirə edib.

M. Saakaşvilinin sözlərinə görə Londonda baş tutan bu görüşlər “gizli diplomatiya”nın bir parçası olub.

Sabiq Prezident qeyd edib ki, barəsində ilk dəfə danışdığı bu görüşlərin nəticəsində Belorus hələ də sözügedən qondarma qurumların müstəqilliyini tanımayıb.

Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə həbs edilmiş Gürcüstanın 3. Prezidenti M. Saakaşvilinin bu gün mənimsəmə işi üzrə növbəti məhkəmə dinləməsi keçirilib.

Tez-tez sözlü qarşıdurmaların yaşandığı iclas ölkə telekanallarından canlı yayımlanıb.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər