Saytımızı qiymətləndirin


 
 

Sui-qəsdçilər Lukaşenkonun pullarını da ələ keçirməyə hazırlaşırdılar
Tarix: 18-04-2021 | Saat: 22:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Belarusda prezident Aleksandr Lukaşenkonu və onun oğlanlarını öldürməyi, hərbi çevriliş həyata keçirməyi planlaşdıran sui-qəsdçilər dövlət başçısının pullarını da ələ keçirməyə hazırlaşırdılar.

Qarabaginfo.az xəbər verir ki, bu detallar Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Rossiya 1” telekanalında efirə gedən əməliyyat videoçəkilişlərində yer alır.

Süjetdə qəsdçilərin rəhbəri Aleksandr Fedutanın və Yuri Zenkoviçin Moskvada “Belarusdan olan müxalif generallarla” görüşündən çəkilmiş gizli kadrlara yer verilir. Orada söhbət planın əsas məqsədinin “Lukunu məhv etmək olduğu” barədə gedir.

“Mən praktiki olaraq əminəm ki, bizim Saşanın (Lukaşenko) haradasa sanballı pul kisəssi var. Onu sakitcə götürmək lazımdır, imkan yaranan kimi”,-Zenkoviç deyir. O, əlavə edir ki, “pul kisəsi” çox güman Lukaşenkonun Ostroşitski şəhərciyində yerləşən evindədir.

Süjetdə habelə deyilir ki, qrup üzvləri Belarusun daxili işlər nazirliyi, dövlət təhlükəsizlik komitəsi və istintaq komitəsi rəhbərliyinin barəsində hakerlərin əli ilə özəl məlumatlar əldə ediblər. Həmin məlumatların köməyi ilə qəsdçilər bu nazirləri və yüksək vəzifəli məmurları ya öldürməyi, ya “konslagerə göndərməyi” nəzərdə tuturdular. (Virtualaz.org)



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər