Saytımızı qiymətləndirin


 
 

Ombudsman Aparatı: Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla ekoloji terroru davam etdirir
Tarix: 16-11-2020 | Saat: 11:11
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər

Ombudsman Aparatı: Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla ekoloji terroru davam etdirir

Təcavüzkar Ermənistan Kəlbəcər rayonunda meşələri qəsdən qırmaqla və yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir. 

Ombudsman Aparatından Qarabaginfo.az-a bildirilib ki, bu, regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir.

Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, təcavüzkar Ermənistan tərəfindən davam etdirilən ekoloji terrorun qarşısının alınması alınması ilə bağlı təcili tədbirlərin görülməsinə çağırıb



Xəbəri paylaş

373 dəfə oxunub.

Digər xəbərlər