Saytımızı qiymətləndirin


 
 

BMT tankerlə bağlı problemi həll etmək üçün 144 milyon dollara ehtiyacı duyur
Tarix: 27-04-2022 | Saat: 04:10
Bölmə:Karusel / Region | çapa göndər

China delivers world's first super-large LNG dual-fuel oil tanker - CGTN

Yəmən sahillərində tərk edilmiş “Safer” neft tankeri ilə bağlı problemin həlli üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) təxminən 144 milyon ABŞ dolları həcmində vəsait lazımdır.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “Al Mayadeen” telekanalı BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Devid Qrislinin bəyanatına istinadən məlumat yayıb.

“Təhlükəli durumu aradan qaldırmaq üçün bizə 144 milyon ABŞ dolları, o cümlədən təcili əməliyyat keçirmək üçün 80 milyon ABŞ dolları lazımdır. Biz bu yay nefti “Safer” tankerindən başqa təhlükəsiz gəmiyə boşaltmalıyıq”, - telekanal Qrislidən sitat gətirib.

BMT koordinatoru, həmçinin əməliyyatın payıza qədər başa çatdırılmasının vacibliyini vurğulayıb: “Oktyabrın əvvəllərində küləklərin və cərəyanların intensivliyi qarşıya qoyulan tapşırığı yerinə yetirməyi çətinləşdirəcək və tankerin aşma riskini artıracaq”.

Qeyd edək ki, “Safer” neft tankeri 2015-ci ildən Yəmənin Ras İsa limanı yaxınlığında lövbər salaraq dayanır. Yəmən hökumətinin məlumatına görə, onun rezervuarlarında 1,14 milyon barel xam neft var. Qapalı məkanda daim əmələ gələn zəhərli buxarlar sayəsində hər an baş verə biləcək güclü partlayış üçün şərait yaranır. Mütəxəssislərin fikrincə, gəminin gövdəsində partlayış olarsa və ya korpusunda hər hansı dəlik yaranarsa, suya dağılan neft şimalda Süveyş kanalından cənubda Hörmüz boğazına qədər bütünlükdə Qırmızı dənizə yayılacaq.

BMT dəfələrlə Yəmənin bu ərazisinə nəzarət edən husilərə müraciət edərək tankerə ekspert missiyasının göndərilməsinə icazə verilməsi xahiş edib. 2020-ci ilin iyul ayında husilər missiyanın “Safer”ə daxil olmasına icazə verməyə hazır olduqlarını yazılı şəkildə təsdiq etsələr də, praktikada BMT ekspertlərin gəmiyə təhlükəsiz girişini təmin etmək üçün bütün lazımi sənədləri almayıb.

 



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər