Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu: "Dialoq üzrə növbəti görüşün Vyanada keçirilməsini Ermənistan istədi"
Tarix: 08-02-2022 | Saat: 23:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çavuşoğlu: "Dialoq üzrə növbəti görüşün Vyanada keçirilməsini Ermənistan istədi"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçirilməsinə münasibət bildirib.

Qarabaginfo.az-ın xəbərinə görə, Çavuşoğlu deyib ki, görüşün Vyanada keçirilməsini Ermənistan təklif edib.

“Görüşün Vyanada keçirilməsini Ermənistan istədi. İkinci görüşün Vyanada, ya da Cenevrədə keçirilməsinə dair təkliflə çıxış etdilər. 2009-cu ildə Cenevrədə uğursuz bir proses vardı, eyni vəziyyətin davamı olmasın deyə Vyana təklifi qəbul olundu”,-deyə Türkiyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.

Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər