Tarix: 31-01-2022 | Saat: 20:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün parlamentdə çıxışı zamanı yenə üzr istəyib.
Qarabaginfo.az-ın məlumatına görə, Boris Conson adının qarışdığı, ölkədə karantin olduğu bir zamanda "Downing Street"də keçirilən yığıncaqlar barəsində araşdırma aparan Sue Qreyə təşəkkür edib, daha sonra isə üzr istəyib.
“Birincisi, üzr istəyirəm, bəzi məsələləri düzgün şəkildə etmədiyimizə görə. Amma üzr istəmək kifayət deyil. Biz güzgüdə özümüzə baxmalı və etdiklərimizdən nəsə öyrənməliyik”, deyə baş nazir bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson bundan öncə də
"Downing Street"in həyətindəki yığıncaqda olduğunu qəbul edərək üzr istəmişdi.
O, həmçinin, bir müddət əvvəl Kraliça II Elizabetdən də üzr istəyib. Buna səbəb isə aprelin 16-da "Downing Street"də şahzadə Filipin cənazə mərasimindən bir gün əvvəl iki yığıncaq təşkil edilməsi olub.
Digər xəbərlər