Ana Sayfa > Karusel / Gündəm > Çavuşoğlu: "Dialoq üzrə növbəti görüşün Vyanada keçirilməsini Ermənistan istədi"
Çavuşoğlu: "Dialoq üzrə növbəti görüşün Vyanada keçirilməsini Ermənistan istədi"8-02-2022, 23:47. Yazar: Admin |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçirilməsinə münasibət bildirib. Qarabaginfo.az-ın xəbərinə görə, Çavuşoğlu deyib ki, görüşün Vyanada keçirilməsini Ermənistan təklif edib. “Görüşün Vyanada keçirilməsini Ermənistan istədi. İkinci görüşün Vyanada, ya da Cenevrədə keçirilməsinə dair təkliflə çıxış etdilər. 2009-cu ildə Cenevrədə uğursuz bir proses vardı, eyni vəziyyətin davamı olmasın deyə Vyana təklifi qəbul olundu”,-deyə Türkiyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək. Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub. Geri dön |