Saytımızı qiymətləndirin


 
 

Şuşa Bəyannaməsi TBMM-də təsdiqlənmək üçün müzakirəyə çıxarılacaq
Tarix: 03-02-2022 | Saat: 14:04
Bölmə:Karusel / Region | çapa göndər

Şuşa Bəyannaməsi TBMM-də təsdiqlənmək üçün müzakirəyə çıxarılacaq

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqda Şuşa Bəyannaməsi bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasında müzakirəyə çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, müzakirələr zamanı sənədin əhəmiyyətinə toxunulub.

Sonda komissiya təsdiq edilməsi üçün Şuşa Bəyannaməsinin Türkiyə parlamentində müzakirəyə çıxarılmasını məqbul bilib.

Qeyd edək ki, fevralın 1-də “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi Türkiyə parlamentinə daxil olub.

 

Xatırladaq ki, fevralın 1-də Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər