Tarix: 04-02-2022 | Saat: 18:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Keçən il dekabrın 14-də Aİ Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu bu gün Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, görüşdə postmünaqişə dövrü layihələrinə Aİ-nin dəstək verəcəyi elan olunub: “Şərq Tərəfdaşlığı sammitində ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu beynəlxalq normaların Aİ tərəfindən də bəyan edilməsini alqışlayırıq”.
Xarici işlər naziri qeyd edib ki, mina təmizlənməsi sahəsində dəstək verilməsi önəmlidir: “Aİ müxtəlif alətlər vasitəsilə öz dəstəyini verməkdədir. Bu gün Aİ-nin bu istiqamətdə hansı resursları səfərbər edəcəyinə dair müzakirələr aparılıb. İnanırıq ki, bu yaxınlarda bu müzakirələrin nəticəsi olacaq”. (apa.az)
Digər xəbərlər