Tarix: 07-11-2024 | Saat: 14:15
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər
"Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı inkişafı yaxından izləyirik".
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən mənbələr Fransanın Kipr Respublikasına (Yunqn Kipri - red. ) silah satacağına dair iddiaları şərh edərkən bildirib:
“Kipr adasındakı tarazlığı poza biləcək və ŞKTC-nin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı inkişafı yaxından izləyirik. Belə yardım vədləri əvvəllər də Cənubi Kipr Yunan Administrasiyasına verilmişdi. Türkiyə, keçmişdə olduğu kimi, bu gün də, sabah da zəmanət və müttəfiqlik müqavilələri çərçivəsində Kipr türklərinin təhlükəsizliyi, sülhü və rifahı üçün əlindən gələni etməyə, nəyin bahasına olursa olsun ŞKTC-nin haqq və mənafelərini qorumaq üçün lazımi hərbi və siyasi tədbirləri görməyə davam edəcək”.
Digər xəbərlər