Tarix: 26-08-2024 | Saat: 16:23
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna hökuməti xaricdə yaşayan ölkə vətəndaşlarından ibarət bir neçə hərbi birləşmə yaratmaq planını nəzərdən keçirir.
Qarabaginfo.az “Ukrainian Military Pages” portalına istinadən xəbərinə görə, bu barədə Baş Qərargaha prezident Vladimir Zelenski göstəriş verib.
İlkin mərhələdə hər biri 160 nəfərdən ibarət iki briqadanın formalaşdırılması nəzərdə tutulub. Sözügedən hərbi birləşmələr mərkəzləşdirilmiş qaydada idarə olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Ordusunun Baş Qərargahı yaradılacaq yeni hərbi birləşmələrin ərazilərdəki səfərbərlik mərkəzlərinə cəlb olunmadan birbaşa cəbhəyə göndərilməsi barədə qərar verib.
Bu arada, ölkənin müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko iyulun 17-dək olan məlumata əsasən ölkə xaricində 83,5 min nəfər hərbi vəzifəlinin olduğunu açıqlayıb.
Digər xəbərlər