Tarix: 30-01-2022 | Saat: 14:16
Bölmə:Karusel / Dünya | çapa göndər
İsrail Prezidenti İsaak Herzoq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərini edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin administrasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Prezident BƏƏ-nin prezidenti şeyx Xəlifə ben Əl Nahayan dəvəti ilə səfər edib.
Prezidentin Abu-Dabi və Dubaya səfər edəcəyi, Abu-Dabinin Vəliəhdi, BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay əmiri ilə rəsmi görüşlər keçirəcəyi də qeyd olunub.
İsaak Herzoq getməzdən əvvəl qeyd edib ki, onun yanvarın 31-dək davam edəcək səfəri 2020-ci ilin sentyabrında Vaşinqtonda ABŞ-ın fəal vasitəçiliyi ilə İsrail tərəfinin BƏƏ və Bəhreyn münasibətlərinin normallaşmasına dair sənədlər imzalaması sayəsində mümkün olub.
Prezident bildirib ki, özü ilə bütün regiona sülh mesajı daşıyır:
“Sülh region xalqlarının rifahı naminə firavanlıq, tərəqqi və yüksəliş gətirir”.
Digər xəbərlər