Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin Rusiyaya qarşı beynəlxalq maliyyə sanksiyalarını dəstəklədiyini iddia edib.
Qarabaginfo.az xəbər verir ki, CNN telekanalına müsahibəsində o bildirib:
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarını dəstəkləyirik və bu, Gürcüstanın maliyyə sektoru üçün vacibdir. Eyni zamanda, biz Ukraynaya dəstək üçün qəbul edilən bütün qətnamələrdə iştirak edirik”.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dəfələrlə bəyan edib ki, rəsmi Tbilisi Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq, çünki bu, ölkənin maraqlarına cavab vermir.
S. Zurabişvili deyib: “Hökumətin istifadə etdiyi dillə əhalinin böyük əksəriyyətinin hissiyyatı arasında böyük fərq var. Əgər siz Gürcüstana gəlsəniz, görərsiniz ki, hər yerdə Ukrayna bayraqları asılıb, gürcü əhalisindən dəstək göstərmək üçün çoxlu təşəbbüslər olub”.