Saytımızı qiymətləndirin


 
 

Kolleclərə qəbul olunmuş abituriyentlərin də siyahısı açıqlandı
Tarix: 12-09-2023 | Saat: 12:18
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Kolleclərə qəbul olunmuş abituriyentlərin də siyahısı açıqlandı

 

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini təqdim edib.

Qarabaqinfo.az xəbər verir ki, 9-cu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində elektron formada təqdim olunub. 

10-cu nömrədə isə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub. 

Jurnalların elektron versiyasını (pdf formatda) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/



Xəbəri paylaş

1336 dəfə oxunub.

Digər xəbərlər