"Onların ağız-burunlarını ovmasan, heç nə anlayan deyillər..."
Tarix: 23-07-2022 | Saat: 14:22
Bölmə:Karusel / Region | çapa göndər
1199 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-07-2022 | Saat: 14:22
Bölmə:Karusel / Region | çapa göndər
"Balina iki regionumuzu həzm-rabedən keçirib, indi də deyir münaqişəni donduraq..."
"O, piton kimi ağzını açıb düşünüb ki, biz dovşanıq və asanlıqla uda biləcək..."
"Kiminlə danışıq istəyirlər, daşlarla? Onlar qana bulaşıb və biz onlara bu qanı silməyə imkan verməyəcəyik..."
"Əvvəlcə ərazilər azad edilməlidir, sonra isə nə etmək və gələcək ərsrlərdə necə yaşamaq haqqında danışmaq mümkündür..."
"Ukraynalıların 89 faizi ərazi güzəştləri tələb edən sülh sazişinin əleyhinədir..."
Putin 3 il ərzində mənim telefon zənglərimə belə cavab verməyib, indi danışığa səsləyir..."
Zelenski Putinlə danışıqların mümkünlüyünü dəyərləndirib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqları, hələlik, mümkünsüz hesab edir. O, əmindir ki, Ukrayna cəmiyyəti də təcavüzkarla danışıqlara hazır deyil.
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, Amerikanın "Wall Street Journal" nəşrinə verdiyi müsahibəsində bəyan edib.
O, Putinin Ukraynanın, guya, "danışıqlara köklənmədiyi" barədə bəyanatını şərh edib.
Ukrayna lideri vurğulayıb ki, Moskva hər dəfə diplomatik danışıqlar yolu ilə getmək imkanlarını görməzdən gəlib, Putin isə üç il ərzində hətta onun telefon zənglərinə belə cavab verməyib.
"O, buraya danışımadan gələrək insanları qətlə yetirib, 12 milyon insanı yerindən-yurdundan didərgin salıb, indi də deyir ki, Ukrayna danışıq aparmaq istəmir, - Zelenski hiddətini gizlətməyib. - Onlar, sadəcə, insanları qətlə yetirir, şəhərləri dağıdır, bu şəhərlərə soxulur, sonra da deyirlər: "Gəlin, danışaq, razılaşaq". Onlar kiminlə danışmaq istəyirlər? Daşlarla? Onlar qana bulaşıb, bu qanı silmək mümkün deyil. Biz onlara bu qanı silməyə imkan verməyəcəyik".
Zelenski Ukrayna cəmiyyətinin təcavüzkarla danışığa başlana biləcəyi şərti də açıqlayıb.
"Cəmiyyət hesab edir ki, əvvəlcə ərazilər azad edilməlidir, sonra isə nə etmək və gələcək ərslərdə necə yaşamaq haqqında danışıb razılaşmaq mümkün olacaq, - Ukrayna prezidenti vurğulayıb. - Bizim insanlar əmindir ki, biz bunu edə bilərik. Və bunu nə qədər tez etsək, bir o qədər az adam həlak olacaq".
Zelenski dəqiqləşdirib ki, Ukrayna öz ərazilərinin işğaldan azad edilməsinin qeyri-hərbi yolunu məmnuniyyətlə seçərdi, amma əlavə edib: "Bizim qarşımızda dayananlar göz önündədir".
"Onların ağzı-burnu ovulmayınca, heç nə anlayan deyillər", - Zelenski deyib.
Ukrayna prezidenti əmindir ki, Rusiya ilə hərbi müdaxilə zamanı işğal etdiyi ərazilərin azad edilməsini nəzərdə tutmayan istənilən atəşkəs Moskva tərəfindən öz hərbi birləşmələrini yenidən formalaşdırmaq və müharibəni davam etmək üçün istifadə ediləcək. Ona görə də çətin ki, "münaqişəni dondurmaq" mümkün olacaq.
"Balina iki regionumuzu həzm-rabedən keçirib, indi də deyir ki, "münaqişəni donduraq", - Zelenski metafora işlədib.- Sonra da qüvvələrini toplasın, iki-üç ildən sonra daha iki regionu həzm-rabedən keçirsin və yenidən desin ki, "münaqişəni donduraq". Və 100 faiz bu, belə də davam edəcək".
Zelenski Putinin başlıca yanlışlığını da belə emosional formada səciyyələndirib.
"Putin piton kimi ağzını açıb, düşünüb ki, biz dovşanıq və asanlıqla uda biləcək, - Ukrayna prezidenti deyib. - Amma biz heç də dovşan deyilik və indi o, partlaya bilər".
Zelenskinin bu sözlərini dərc edərək, "Wall Sreet Journal" nəşri onun sifarişi ilə Ukraynada aparılan rəy sorğusunun nəticələrini də dərc edib.
Bu nəticələrə görə, respondentlərin 89 faizi onlardan ərazi güzəştlətini tələb edən sülh sazişinin əleyhinə çıxıb.(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
15-04-2022, 00:04
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
4-05-2022, 22:34
ABŞ Federal Rezerv Sistemi uçot dərəcəsini artırıb
2-02-2023, 13:49
Lavrovdan sülhməramlı açıqlaması: BMT-siz də mümkün olacaq
29-01-2024, 16:38
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
21-10-2022, 09:22
Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib
28-06-2024, 15:39
Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirib
6-03-2022, 17:35
Ukraynadan Polşaya 922 mindən çox qaçqın gəlib
12-12-2022, 14:22
Ceyhun Bayramov Brüsseldə nazirlərin toplantısında