Ana Sayfa > Karusel / Dünya > İsrail prezidenti ilk dəfə BƏƏ-yə səfər edib
İsrail prezidenti ilk dəfə BƏƏ-yə səfər edib30-01-2022, 14:16. Yazar: Admin |
İsrail Prezidenti İsaak Herzoq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərini edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin administrasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, Prezident BƏƏ-nin prezidenti şeyx Xəlifə ben Əl Nahayan dəvəti ilə səfər edib. Prezidentin Abu-Dabi və Dubaya səfər edəcəyi, Abu-Dabinin Vəliəhdi, BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay əmiri ilə rəsmi görüşlər keçirəcəyi də qeyd olunub. İsaak Herzoq getməzdən əvvəl qeyd edib ki, onun yanvarın 31-dək davam edəcək səfəri 2020-ci ilin sentyabrında Vaşinqtonda ABŞ-ın fəal vasitəçiliyi ilə İsrail tərəfinin BƏƏ və Bəhreyn münasibətlərinin normallaşmasına dair sənədlər imzalaması sayəsində mümkün olub. Prezident bildirib ki, özü ilə bütün regiona sülh mesajı daşıyır: “Sülh region xalqlarının rifahı naminə firavanlıq, tərəqqi və yüksəliş gətirir”. Geri dön |