Saytımızı qiymətləndirin


 
 

Arzu Əliyeva üçün ÖZƏL GÜN
Tarix: 23-01-2022 | Saat: 00:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Arzu Əliyeva üçün ÖZƏL GÜN

Bu gün Arzu Əliyeva doğum gününü qeyd edir.

Qarabaginfo.az xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakı şəhərində İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.

1995–2006-cı illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbində orta təhsil alıb. Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb.

Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.

3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O, Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub. Arzu Əliyevanın  Aydın adında bir oğlu var.

9 may 2015-ci ildə Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

Qeyd edək ki, Arzu Əliyeva hazırda həyat yoldaşının soyadını (Qurbanova) daşıyır.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər