Saytımızı qiymətləndirin


 
 

Elxan Əsədov: "Badamdar Bakının ən təhlükəli sürüşmə zonasıdır"
Tarix: 29-01-2021 | Saat: 12:45
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Badamdarda baş verən torpaq sürüşməsi nəticəsində insan tələfatı olmasa da, ərazidə olan restorana ziyan dəyib.

Axar.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Onun sözlərinə görə, sözügedən restoran fəaliyyətsiz olub:

"Bildiyiniz kimi ötən gün axşam saatlarında 20-ci massiv deyilən ərazidə yenidən torpaq sürüməsi baş verib. Xoşbəxtlikdən sürüşmə zamanı insan tələfatı olmayıb. Yalnız fəaliyyəti vaxtı ilə bizim tərəfimizdən dayandırılan restoranın mətbəx hissəsində dağıntılar baş verib”.

"Badamdar Bakının ən təhlükəli sürüşmə zonasıdır. Bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər zaman bu ərazi də nəzərə alınıb. Lakin uzun müddət, hətta Sovet dövründən başlayaraq yamacın yuxarı ərazisində mühəndis hazırlıq işləri görülmədən, yaşayış obyektləri və mülki obyektlər tikilib".

 



Xəbəri paylaş

1383 dəfə oxunub.

Digər xəbərlər