Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin Xəzərdə birgə taktiki təlimi keçirilib - VİDEO
Tarix: 19-04-2024 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
1199 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-04-2024 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə "Xəzər səması-2024" hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.
Qarabaginfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları cəlb edilib.
Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HHQ-nin aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bundan başqa təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə dayanması və lövbərdən çıxması, hava hücumundan və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə icra olunub.
İki mərhələdə keçirilən taktiki təlimdə HDQ və HHQ-nin şəxsi heyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirib.

Xəbəri paylaş
Digər xəbərlər
14-09-2024, 12:53
Prezident “Xaqani” bağında - Fotolar
22-12-2021, 12:13
Azərbaycanda ailələrin orta aylıq gəliri AÇIQLANDI
11-12-2025, 15:42
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib
30-07-2024, 11:09
Paşinyan İrandadır
26-12-2025, 15:51
Bəraət alan iş adamı danışdı: Ədalətsizlik var
21-12-2022, 12:31
Parlament yeni vəzifə təsis edir
26-03-2022, 08:15
Ukraynada 14 şəhərin meri girov götürülüb