Saytımızı qiymətləndirin


 
 

Mahir Emreli zəif çıxış edən futbolçulardan ibarət rəmzi komandaya salınıb
Tarix: 25-12-2021 | Saat: 11:17
Bölmə:Karusel / İdman | çapa göndər

 

Mahir Emreli zəif çıxış edən futbolçulardan ibarət rəmzi komandaya salınıb

Polşa Ekstraklasasının ilk yarısında zəif çıxış edən futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, "Polskapilka" nəşrinin versiyasına əsasən, "11-liy"ə "Legiya"da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli də düşüb.

24 yaşlı hücumçu sorğuda 10 səs toplayan yeganə oyunçudur. Emrelinin bəzi qarşılaşmalarda 100 faizlik qol şanslarından yararlana bilmədiyi, bəzən isə zərbələrinin dirəkdən qayıtdığı vurğulanıb.

Nəşrə görə, forvard avrokuboklarda Varşava təmsilçisinin qol silahı olsa da, daxili çempionatda kölgədə qalıb: "Mahir Emrelinin 36 zərbəsindən 12-si çərçivəyə düşüb. O, 15 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu "Legiya"nı çox erkən tərk edə bilər. Ölkə çempionu futbolçunun satışından çox pul qazanmalı idi. Yəqin ki, bu, gerçəkləşməyəcək. Son aylar onun sərgilədiyi oyunundan daha çox əyləncə məkanlarına qatılması danışılıb. Klubdan ayrılmaq üçün yaxşı vaxtdır".

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.



Xəbəri paylaş

407 dəfə oxunub.

Digər xəbərlər