“Qarabağ”ın kapitanı tarixi rekorda şərik oldu
Tarix: 18-02-2022 | Saat: 00:31
Bölmə:Karusel / İdman | çapa göndər
1344 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-02-2022 | Saat: 00:31
Bölmə:Karusel / İdman | çapa göndər
“Qarabağ”ın kapitanı Maksim Medvedev avrokuboklarda 113-cü oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə səfər matçında meydana çıxmaqla Azərbaycan futbol tarixinə düşüb.
Az öncə başlayan görüşdə start heyətində yer alan millimizin lideri avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu adına şərik olub. Bununla o, sabiq komanda yoldaşı Rəşad Sadıqovun göstəricisini təkrarlayıb.
Medvedev 113 qarşılaşmanın 35-ni Çempionlar Liqasında, 66-nı Avropa Liqasında, 12-ni isə Konfrans Liqasında keçirib. Maksim fevralın 24-də Bakıdakı cavab matçında da iştirak etməklə mütləq rekorda imza atacaq.
Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu “Velodrom” stadionunda keçirilir
Xəbəri paylaş
Digər xəbərlər
12-05-2022, 18:55
Türkiyə ilə yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olundu
19-08-2022, 10:35
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı
22-11-2024, 11:03
Moskvada istintaqı gedən bir qrup azərbaycanlı tələbənin ekstremist şüar səsləndirmədiyi məlum olub
23-05-2022, 17:14
Ərdoğan Azərbaycana gəlir
12-03-2026, 21:44
XİN rəhbəri: Türkiyə ballistik raketlərə qarşı NATO-dan lazımi vədi alıb
5-11-2026, 16:38
Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı
15-05-2024, 11:22
“Qərb hər cür yolla Gürcüstanı qorxudur, şantaj edir və sıxır”- ZAXAROVA
















