Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın təklifini Rusiya və Ukrayna necə qiymətləndirir...
Tarix: 20-01-2022 | Saat: 14:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır. Belə ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə liderini danışıqlar üçün Ankaraya dəvət edib.  Eyni zamanda bir neçə həftədən sonra Ərdoğanın Ukraynaya rəsmi səfəri gözlənilir.

 

Səfər ərəfəsində Ərdoğan Vladimir Putin və Vladimir Zelenski ilə Rusiya və Ukrayna məsələsini ətraflı müzakirə edəcək. Danışıqlarda diqqətin əsasən bu mövzulara yönələcəyi proqnozlaşdırılır.

 

Qarabaginfo.az xəbər verir ki, Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Modern.az-a açıqlamasında bildirib ki, rəsmi Ankara Rusiya və Ukraynanın nəbzini yoxlamağa çalışır. Onun fikrincə, Türkiyə Kiyev və Moskvanı barışdırmaq üçün bütün səylərini ortaya qoymaq niyyətindədir:

 

 

“Dünən Prezident Ərdoğan bir təklif irəli sürdü. Düşünürəm ki, bu təklifin arxasında böyük işlər dayanır. Daha əvvəl Türkiyə tərəfindən Rusiya və Ukraynanın nəbzini yoxlama prosesi aparılıb. Görünür, hər iki ölkə bu təklifə qarşı deyil. Türkiyənin Rusiya və Ukrayna ilə münasibətləri qaydasındadır. İki ölkənin əlaqələrinin normallaşması Türkiyəyə sərf edir. Eyni zamanda Krım türkləri var. Onların haqlarını qorumaq üçün əlaqələrin normallaşması vacibdir. Bundan əlavə, Qara dənizdə sabitliyin qorunması vacibdir. Əgər bu hall olmazsa, Qərb qüvvələri bu əraziyə daxil olacaq. Bununla da oradakı təhlükəsizlik daha da pozula bilər. Bu səbəbdən Türkiyə iki ölkə ilə əlaqələrini normallaşdırmağa çalışır".

 

General hesab edir ki, Rusiya-Ukrayna münaqişəsini həll etmək elə də asan olmayacaq:

 

"Rusiyanın mövqeyinə bələdik. Hesab edirəm ki, Moskvanın razılığa gəlməsi asan məsələ deyil. Amma Ərdoğan "yaşıl işıq" almasaydı, bu təklifi etməzdi. Rusiya və Ukrayna arasında ciddi münaqişə var və getdikcə daha da artır. Belə durumda bir öllkənin vasitəçi olması lazımdır. Bu, Türkiyə ola bilər.

 

Əslində bu mərhələdə ABŞ-ı izləmək lazımdır. Dünən Prezident Bayden açıqlamasında bildirdi ki, Rusiya Ukraynanı mütləq işğal edəcək. Amerika Rusiyanın Ukraynanı işğal etməsinə "yaşıl işıq" yandırmış kimi görünür. Dünyada hazırda Ukrayna üzərindən böyük bazarlıqlar edilir. Bunların başında Rusiya və Amerika dayanır. Qazaxıstandan sonra Ukrayna əsas hədəfdir. Rusiya və Amerika razılaşmış kimi görünür. Həm Suriyada, həm Qazaxıstanda, həm də Ukraynada bunu görürük. Çünki ortaq rəqib olaraq Çini görürlər”.

 

 

“Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko isə Modern.az-a deyib ki, Rusiya tərəfinin masaya oturması o qədər də asan deyil.

 

“Əslində, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi münasibətini açıqlayıb. Onlar təklifi alqışladığını desələr də, bu, asan məsələ  deyil. Rusiyanın ilkin olaraq şərtləri var. Ona görə də Rusiyanın masaya oturması tez bir zamanda olmayacaq”, - deyə rusiyalı ekspert vurğulayıb.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər