Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib
Tarix: 04-11-2021 | Saat: 16:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib

ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Degnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Dövlət katibinin müavini Erika Olson, amerikalı həmsədr Andryu Şofer və USAİD təşkilatının administratorunun köməkçisinin müavini Aleksadr Sokolovski, ABŞ-ın Yerevandakı səfirliyinin ev sahibliyi etdiyi Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak ediblər.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“COVID-19 pandemiyası səbəbindən biz keçən il bu tədbiri həyata keçirə bilməmişdik. Bu il, ənənəvi görüşü keçirməkdən və həm bölgədə çalışan, həm də Vaşinqtondan gələn həmkarlarımız arasında fikir mübadiləsini təşkil etməkdən məmnunuq. Pandemiyadan öncə ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri müvafiq olaraq 2018-ci və 2019-cu illərdə bu görüşlərə ev sahibliyi ediblər. Biz Ermənistan, Azərbaycan və Gürcüstanla yaratdığımız diplomatik münasibətlərin 30–cu ildönümünə yaxın olan zamanda regionun daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulması naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq”, - Səfirliyin məlumatında qeyd olunub.



Xəbəri paylaş

1301 dəfə oxunub.

Digər xəbərlər