Saytımızı qiymətləndirin


 
 

“Nərimanov milli faciəmizin simvolu sayılacaq” – Nəsib Nəsibli 
Tarix: 14-04-2023 | Saat: 15:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Nərimanov milli faciəmizin simvolu sayılacaq” – Nəsib Nəsibli 

 

“Özünə “tarixçi alim” deyənlərin Nərimanov haqqında gerçəkləri “hikkə” adlandırması düşündürücüdür. Nərimanov sağ olsaydı, amandır, bu yolla getməyin, bu yol xoşbəxtliyə deyil, köləliyə aparır, deyərdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu tarixçi alim Nəsib Nəsibli sosial şəbəkədə yazıb.

O, bildirib ki, Nərimanov yoluna haqq qazandırmaq cəhdi Sovet/Rus tarix fikrinin hələ də meydan suladığının, müstəqilliyimizin, hətta istiqlal düşüncəsinin hələ də oturuşmadığının göstəricisidir:

“Bilinən gerçəkdir: Sağlam millət olmanın şərtlərindən biri sağlam tarix şüuruna malik olmaqdır.

Borçalıların bəlli kəsimi yenə qəzəblənib. Təkrarda yarar vardır: Mənimçün Borçalı çox qiymətlidir, doğmadır. Çünki orada doğulmuşam. Amma Nərimanovu Borçalının simvolu saymıram və bu cəhdlərə də etiraz edirəm. Nərimanovun şəxsi kimliyi onun yazıçılığı, ziyalılığı deyil, bolşevik olmasıdır. İkinci dəfə Azərbaycanın və bölgənin Rusiya tərəfindən işğalındakı canfəşanlığıdır. Borçalı o qədər dəyərli insanlar yetişdirib ki!? Deyək ki, Azərbaycan deyil, bütün Rusiya Türklərinin ağsaqqalı olan Əli Mərdan Bəy Topçubaşıya niyə sahib çıxmırıq!? Odur Borçalı Türklərinin simvolu, qürur qaynağı! 

Stalinizm qonşu Gürcüstanda çoxdan ölüb, bizdə Stalinin fikirləri və silahdaşları hələ də yaşayır. Bir zamanlar Gəncəyə “Gəncə” deyərkən, əski Kirovabad əhlinin çoxluğu yan-yörəsinə baxıb, bunu yersiz inqilabçılıq sayır, rahatsız olurdu. Gün gələcək, bu yanlış tutum keçəcək, Nərimanov da 103 il əvvəlki milli faciəmizin - 27 Aprel işğalının simvolu sayılacaq”.



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər