Saytımızı qiymətləndirin


 
 

COVID-ə qarşı dərmanın istifadəsinə başlanıldı - "Paxlovid"
Tarix: 18-01-2022 | Saat: 10:39
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Kanada “Biontech” şirkətinin koronavirusa qarşı hazırladığı həbin istifadəsinə icazə verib.

 

Qarabaqinfo.az xarici KİV-lərə istinadən bildirir ki, Kanada Federal Səhiyyə Nazirliyi “Biontech” tərəfindən istehsal olunan "Paxlovid" adlı həb koronavirusa qarşı istifadəsinə icazə verilən ilk dərmandır. Həb insanlara yalnız reseptlə satılacaq.

 

Açıqlamada bildirilib ki, dərman 18 yaşdan yuxarı böyüklərə, təsdiqlənmiş halda testi müsbət olanlara və xəstələnmə riski yüksək olduqda, yüngül və orta dərəcədə koronavirus hallarının müalicəsi üçün nəzərdə tutulub.

 

“Paxlovid” həbinin xəstəxanaya yerləşdirmə və ölüm nisbətlərini azaltdığı açıqlanıb.

 

ABŞ və İngiltərə də daxil olmaqla bəzi ölkələr “Paxlovid” həbinin istifadəsinə icazə verib.

 

COVID-19 virusuna qarşı “Merck” şirkətinin istehsal etdiyi dərmanın təhqiqatı isə davam edir. İngiltərə “Merck” tərəfindən istehsal olunan “Molnupiravir” dərmanının istifadəsinə icazə verən ilk ölkə olub. Dərmanın virusa yeni yoluxmuş insanların xəstəxanaya yerləşdirilmə və ölüm riskini 50 faiz azaltdığı qeyd olunub.



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər