Saytımızı qiymətləndirin


 
 

Ukraynanın Xarkov əyalətində 82 nəfər yaralanıb, 11 nəfər həlak olub
Tarix: 26-02-2022 | Saat: 08:28
Bölmə:Karusel / Region | çapa göndər

 

Ukraynanın Xarkov əyalətində 82 nəfər yaralanıb, 11 nəfər həlak olub

Rusiya hərbçiləri Kiyevin Xarkov şəhərində Qan Mərkəzini və təhsil müəssisəsini atəşə tutub, dinc əhali arasında itkilər var.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov feysbuk səhifəsində məlumat yayıb.

"Rusiya qoşunları Xarkov vilayətinə həyasız və amansız hücumlarını davam etdirir. Təcavüzkar ölkə rəhbərliyinin bəyanatlarına baxmayaraq, düşmən yaşayış binalarını atəşə tutur. Bir saat əvvəl Xarkov şəhərinin mərkəzində Qan Mərkəzi, təhsil müəssisəsi atəşə tutulub, mülki əhali arasında itkilər var", - o yazıb.

Regional Dövlət Administrasiyasının rəhbərinin sözlərinə görə, Rusiyanın Xarkov vilayətinə hücumu başlayandan indiyədək 82 nəfər yaralanıb: onlardan 59-u mülki şəxs, 23-ü hərbçidir. Hərbi əməliyyatlar zamanı 11 nəfər həlak olub: onlardan 4-ü hərbçi və 7-si mülki şəxsdir.

Bu arada UNİAN qeyd edib ki, fevralın 26-da səhər saat 05:35 (Bakı vaxtı ilə saat 07:35) radələrində Vinnitsada hava həyəcanı elan edilib. Hələlik şəhərdə baş verənlərlə bağlı təfərrüatlar yoxdur.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər