Saytımızı qiymətləndirin


 
 

ABŞ dövlət katibi Pakistanın Baş nazirini təbrik edib
Tarix: 14-04-2022 | Saat: 05:33
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Blinken does not expect any 'breakthroughs' from Geneva talks with Lavrov - World - TASS

ABŞ hökuməti Şahbaz Şərifi Pakistan hökumətinin başçısı seçilməsi münasibətilə təbrik edib və ölkələr arasında əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Qarabaginfo.az xəbər veirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken adından yayılan yazılı bəyanatda deyilir.

“Birləşmiş Ştatlar Pakistanın yeni seçilmiş baş naziri Şahbaz Şərifi təbrik edir və Pakistan hökuməti ilə uzunmüddətli tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir”, - bəyanatda deyilir.

Blinken vurğulayıb ki, ABŞ Pakistanı qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə mühüm tərəfdaş hesab edir.

Aprelin 11-də Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif Pakistanın 23-cü baş naziri seçilib. Şərifin namizədliyi Milli Assambleyada (parlamentin aşağı palatası) 342 səsdən 174 səs toplayıb.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər