Saytımızı qiymətləndirin


 
 

Böyük Britaniya ilə Avstraliya arasında sərbəst ticarət sazişi imzalanıb
Tarix: 18-12-2021 | Saat: 08:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Böyük Britaniya ilə Avstraliya arasında sərbəst ticarət sazişi imzalanıb

Birləşmiş Krallıqla Avstraliya arasında imzalanan azad ticarət sazişi hər 2 tərəfin qarşılıqlı güzəştlərini nəzərdə tutur.

Qarabaginfo.az xəbər verir ki, yeni qanun Krallığın Asiya-Sakit Okean regionunda daha geniş iştirakına imkan verəcək.

Sənədi Britaniyanın Baş naziri Boris Conson və onun avstraliyalı həmkarı Skot Morrison imzalayıblar. Bu, Londonun Breksitdən sonra imzaladığı ən böyük sazişdir.

Yeni sənədə görə, ölkələr arasında ticarət dövriyyəsi 10 milyard funt sterlinq artırılacaq və bunlar bütövlükdə gömrük rüsumundan azad olacaq

Böyük Britaniya artıq Yaponiya və Yeni-Zelandiya ilə oxşar saziş imzalayıb. Avropa İttifaqı ilə saziş yeniləndikdən sonra ittifaqa üzv olmayan Norveç, İslandiya və Lixtenşteynlə analoji sənədlər imzalanıb. Hindistan və 6 körfəz ölkəsi ilə müvafiq müqavilələrin hazırlanması üçün danışıqlar ötən həftə başlayıb.



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər