Tarix: 21-01-2023 | Saat: 19:17
Bölmə:Karusel / Manşet | çapa göndər
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Rasmus Paludan adlı şəxs tərfindən “Qurani-Kərim”in yandırılmasına münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, o, İsveçin buna icazə verməyinin insanlığa qarşı cinayət olduğunu qeyd edib.
“Bu, ifadə azadlığı deyil, bu, bütün bəşəri dəyərlərə düşmən münasibətdir. İsveç hakimiyyəti insanlığa qarşı cinayət aktına tərəf olub. “Qurani-Kərim”in yandırılmasına icazə verilməsi bütün dinlərə və inanc azadlığına qarşı təhdiddir”, - deyə o, vurğulayıb.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da məsələyə münasibət bildirib.
O, bu addımı qeyri-insani adlandırıb.
“Milyardlarla müsəlmana acı verəcək bu hörmətsizliyin məqsəd və hədəfini yaxşı bilirik. Nifrət cinayətinin zirvəsi olan bu faşizmi lənətləyirəm”, - deyə CHP sədri qeyd edib.
Digər xəbərlər