Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Musavat.com-a açıqlamasında bildirib ki, görüntülər Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib.
“Nazirlik həmin foto, videonu görməyib? Ermənilər yayıblar, biz də buna şərh verməliyik. Əsgərimizin əsir düşməsi barədə rəsmi məlumat yoxdur. Biz ermənilərin yaydığı informasiyanı yaymalı deyilik”, - polkovnik qeyd edib.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.