Tarix: 17-01-2022 | Saat: 13:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşü zamanı Türkiyə nümayəndəsinin avtomobilində ölkəsinin bayrağı olduğu halda, Ermənistan nümayəndəsinin maşınında bayraq olmayıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Ermənistan” fraksiyasından olan millət vəkili Qeqam Manukyan deyib.
Parlamentin vitse-spikeri və Ermənistanın Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndəsi Ruben Rubinyana müraciət edən Manukyan bunları deyib: “Protokol deyə bir anlayış var və bu protokola riayət etməyə görə maaş alan XİN var”.
“Ermənistan” fraksiyasının katibi Arçvik Minasyan da Rubinyanı protokol qaydalarını pozmaqda günahlandırıb.
Xatırladaq ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında ilk görüş yanvarın 14-ü Moskvada keçirilib.
Digər xəbərlər