Saytımızı qiymətləndirin


 
 

Ermənilərin basdırdığı daha 107 mina tapıldı
Tarix: 13-06-2022 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilərin basdırdığı daha 107 mina tapıldı

 

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. 

ANAMA-dan Qarabaginfo.az-a verilən məlumata görə, iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 11 mina və 685 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 544 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 



Xəbəri paylaş

204 dəfə oxunub.

Digər xəbərlər