Saytımızı qiymətləndirin


 
 

Argentina yığması ikinci dəfə Amerika Kubokunun qalibi olub
Tarix: 15-07-2024 | Saat: 09:58
Bölmə:Karusel / İdman | çapa göndər

Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.

Final oyununda Kolumbiya yığmasını 1:0 hesabı ilə məğlub edən Argentina millisi ardıcıl ikinci dəfə turnirdə çempion olub.

Matçın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. “Tanqoçular”ın qələbə qoluna 112-ci dəqiqədə Lautaro Martines imza atıb.

Qeyd edək ki, UEFA və CONMEBOL arasındakı razılığa əsasən, Avropa çempionatı və Amerika Kubokunun qalibləri (müvafiq olaraq İspaniya və Argentina) Finalissimoda üz-üzə gələcəklər. Qarşılaşma 2025-ci ildə keçiriləcək.



Xəbəri paylaş

1155 dəfə oxunub.

Digər xəbərlər