"Bu il martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq".
"Qarabaginfo" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, 2018-2019-cu il üzrə ov mövsümü 2018-ci il mayın 26-da elan olunub: "Builki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir". Nazirlik rəsmisi hazırda su-bataqlıq quşlarının ov dövrünün olduğunu da söyləyib.
H.Əlizadə 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini də diqqətə çatdırıb.
O, Azərbaycanda ov etmək istəyən insanların maarifləndirilməsinə də ehtiyac olduğunu vurğulayıb.