Saytımızı qiymətləndirin


 
 

KTMT missiyası sabah Ermənistan-Azərbaycan sərhəddində olacaq
Tarix: 14-09-2022 | Saat: 17:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının sabah - cümə axşamı Azərbaycanla sərhədə gələcəyini gözləyir.

Qarabaginfo.az xəbər verir ki, o bu barədə Ermənistan parlamentindəki hökumət saatında bildirib.


Mirzoyanın sözlərinə görə, KTMT Ermənistanın müraciətinə lazımi qaydada baxıb və ilk dəfə olaraq respublikaya öz missiyasını göndərmək qərarına gəlib.
 

"Bildiyiniz kimi, Ermənistana KTMT-dən monitorinq missiyası gələcək - hesab edirik ki, missiya sabah bölgədə olacaq. Ümumiyyətlə, deməliyik ki, bizim ərizəmizə lazımi qaydada baxılıb. KTMT ilk dəfə Ermənistana öz missiyasını göndərmək qərarına gəlib”, - Mirzoyan bildirib.
 

Ararat Mirzoyanın sözlərinə görə, KTMT-nin monitorinq missiyası ilə bir sıra müzakirələr aparılmalıdır.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər