Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda ov mövsümünün başa çatacağı tarix açıqlanıb

Azərbaycanda ov mövsümünün başa çatacağı tarix açıqlanıb


1-03-2019, 16:22. Yazar: Admin

"Bu il martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq".

"Qarabaginfo" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, 2018-2019-cu il üzrə ov mövsümü 2018-ci il mayın 26-da elan olunub: "Builki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir". Nazirlik rəsmisi hazırda su-bataqlıq quşlarının ov dövrünün olduğunu da söyləyib.

H.Əlizadə 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini də diqqətə çatdırıb.

O, Azərbaycanda ov etmək istəyən insanların maarifləndirilməsinə də ehtiyac olduğunu vurğulayıb.


Geri dön