Saytımızı qiymətləndirin


 
 

“KTMT-nin bu addımı müşahidəçi statusunda olan dövlətlərə də xəbərdarlıqdır”
Tarix: 06-01-2022 | Saat: 16:55
Bölmə:Karusel / Region | çapa göndər

“KTMT-nin bu addımı müşahidəçi statusunda olan dövlətlərə də xəbərdarlıqdır”

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rəsmi müraciətinə  əsasən, KTMT qoşunları Qazaxıstana yeridilib. Qurumun hərbi müdaxiləsi KTMT Nizamnaməsinin 3-4-cü maddələri ilə əsaslnadırılıb. Amma həmin Nizamnaməyə istinadla bu müdaxiləni qanunsuz  hesab edənlər də azlıqda deyil. Təşkilat adından da göründüyü kimi, KTMT üzv dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə xarici təhdid zamanı kollektiv müdafiəni nəzərdə tutur. Buna əsaslanan tənqidçilərin fikrincə, qurumun ölkədaxili məsələlərə müdaxilə haqqı yoxdur.

Qarabaginfo.az xəbər verir ki, beynəlxalq hüquq üzrə mütəxəssis, professor Fərhad Mehdiyevv yenisabah.az-a açıqlamasında də eyni rəyi bölüşüb:

“Kollektiv müdafiə təşkilatları ölkələrin daxili problemlərinin həllində iştirak etməməlidir. Həmçinin, burada prosessual pozuntu var. Əgər başqa bir ölkənin silahlı qüvvələri Qazaxıstana çağıralırsa, onlar yerli hökumətin dəvəti ilə ölkəyə girə bilməzlər. Ən azı bunun Konstitusion qaydası olmalıdır. Yəni qanunvericilikdə bunun müddəası göstərməlidir. Yaxud bu müdaxiləyə parlament qərarı ilə razılıq verilməlidir. Qazaxıstanda, ümumiyyətlə, bu məsələyə dair heç bir parlament müzakirəsi keçirilməyib”.

“İkincisi, KTMT-nin belə bir işə girişməsi KTMT digər üzvlərini qorxudacaq. Çünki artıq KTMT digər ölkələrin daxili işlərinə qarışan bir mexanizmə çevrilir. Bu hətta KTMT-də müşahidəçi statusunda olan dövlətlərə də, bir növ, xəbərdarlıqdır”, - deyə F. Mehdiyev yekunlaşdırıb.



Xəbəri paylaş

1806 dəfə oxunub.

Digər xəbərlər