Saytımızı qiymətləndirin


 
 

Nigeriyada 1 milyon dozadan artıq vaksin məhv edilib
Tarix: 23-12-2021 | Saat: 21:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Nigeriyada 1 milyon dozadan artıq vaksin məhv edilib

Nigeriyada 1 milyon dozadan çox vaxtı ötmüş Covid-19 əleyhinə vaksin məhv edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nigeriyanın Vaksin Proqramı üzrə Milli Mərkəzi məlumat verib. Məlumatda qeyd edilir ki, “AstraZeneca” şirkətinin istehsalı olan vaxtı keçmiş vaksin yandırılıb.
Mərkəzin direktoru Faysal Şuayib deyib: “Bu vaksin ölkəyə hədiyyə edilərkən son istifadə tarixinə az qaldığı məlum idi. Lakin böyük dövlətlərin vaksin millətçiliyinə görə Nigeriya vaksin ala bilməyib. Böyük dövlətlər vaksinləri toplayaraq istifadə müddəti başa çatanda bizə təklif ediblər”.

Qeyd edək ki, 220 milyon nəfər əhalisi olan Nigeriyada cəmi 4 milyon nəfər, başqa sözlə əhalinin 3%-i peyvənd olunub. Əhali isə koronavirus xəstəliyini ciddi qəbul etmir. Çünki malyariyadan hər saatda 10 nəfər dünyasını dəyişir.(Apa)



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər