Ana Sayfa > Karusel / Dünya > Nigeriyada 1 milyon dozadan artıq vaksin məhv edilib
Nigeriyada 1 milyon dozadan artıq vaksin məhv edilib23-12-2021, 21:01. Yazar: Admin |
Nigeriyada 1 milyon dozadan çox vaxtı ötmüş Covid-19 əleyhinə vaksin məhv edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Nigeriyanın Vaksin Proqramı üzrə Milli Mərkəzi məlumat verib. Məlumatda qeyd edilir ki, “AstraZeneca” şirkətinin istehsalı olan vaxtı keçmiş vaksin yandırılıb. Qeyd edək ki, 220 milyon nəfər əhalisi olan Nigeriyada cəmi 4 milyon nəfər, başqa sözlə əhalinin 3%-i peyvənd olunub. Əhali isə koronavirus xəstəliyini ciddi qəbul etmir. Çünki malyariyadan hər saatda 10 nəfər dünyasını dəyişir.(Apa) Geri dön |