Saytımızı qiymətləndirin


 
 

BMT: “Sudanda 30 milyondan çox insanın təcili yardıma ehtiyacı var, onlardan 15 milyonu uşaqdır”
Tarix: 02-11-2025 | Saat: 16:24
Bölmə:Karusel / Dünya | çapa göndər

BMT: “Sudanda 30 milyondan çox insanın təcili yardıma ehtiyacı var, onlardan 15 milyonu uşaqdır”

Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri (Rapid Support Forces - RSF) arasında davam edən vətəndaş müharibəsi daha da şiddətlənib.

Qarabaginfo.az “Hurriyet”ə istinadən xəbər verir ki, ölkənin qərbindəki Darfur bölgəsində ordunun nəzarətində qalan son nöqtənin də ələ keçirməsi, prosesi şiddətləndirib.

Qızıl ehtiyatları ilə zəngin Sudan müharibə mərkəzinə çevrilib və yüzlərlə mülki insanın qətlə yetirildiyi barədə xəbərlər gəlir.

Dünya diqqətini Qəzza və Ukraynaya yönəltdiyi zaman, Sudandakı vətəndaş müharibəsi artıq 2,5 ildir ki, nəzərdən kənarda qalıb. Ordunun dayana bildiyi son şəhər olan əl-Faşir ələ keçirdikdən sonra bölgədə baş verən qətliam xəbərləri ölkəni yenidən dünya gündəminə gətirib. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Afrikanın bu ölkəsində 10 milyon insan evini tərk edib. Digərləri sağ qalmaq üçün mübarizə aparır, onlardan 15 milyonu uşaq olmaqla, 30 milyondan çox insanın təcili yardıma ehtiyacı var.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər