Saytımızı qiymətləndirin


 
 

“Air Serbia”nın Belqrad – Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb
Tarix: 04-05-2026 | Saat: 10:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Air Serbia”nın Belqrad – Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb

3 may tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan Belqrad – Bakı – Belqrad marşrutu üzrə ilk birbaşa reysin rəsmi qarşılanma mərasimi keçirilib.

Bu barədə Qarabaginfo.az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat verib.

Məlumata görə, yeni uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Marşrut Azərbaycan ilə Avropa arasında hava əlaqələrini genişləndirərək turizm və işgüzar münasibətlərin inkişafına töhfə verir. İki ölkə arasında mövcud vizasız rejim isə səyahəti daha əlçatan edir və istiqamətə marağı artırır.

İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Rəsmi mərasimdə Azərbaycan hökumətinin təmsilçiləri, Serbiya nümayəndə heyəti və “Air Serbia” rəhbərliyi iştirak ediblər.

Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir.

"Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev öz növbəsində bildirib ki, Bakı–Belqrad marşrutu üzrə birbaşa aviareyslərin açılması ölkəmiz üçün çox mühüm hadisədir. Bu, yalnız yeni istiqamətin əlavə olunması deyil, eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq nəqliyyat qovşağı kimi rolunun daha da güclənməsi deməkdir.

““Air Serbia” ilə əməkdaşlıq çərçivəsində açılan bu marşrut sərnişinlər üçün daha rahat və çevik səyahət imkanları yaradır. Həftədə 2 dəfə həyata keçiriləcək uçuşlar həm işgüzar səfərlərin, həm də turizmin inkişafına müsbət təsir göstərəcək. Belqrad istiqaməti Bakı hava limanının beynəlxalq uçuş şəbəkəsini genişləndirir və sərnişinlərə Cənub-Şərqi Avropa istiqamətində daha əlçatan bağlantı təqdim edir.

Bu gün ilk reyslə Serbiyadan rəsmi qonaqların ölkəmizə səfəri də bu layihənin əhəmiyyətini bir daha göstərir. Onları Bakıda salamlamaqdan məmnunuq. Bizim əsas məqsədimiz sərnişinlər üçün təhlükəsiz, rahat və effektiv səyahət mühiti təmin etməkdir. Bu istiqamətdə xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin tətbiqi və əməliyyat səmərəliliyinin gücləndirilməsi üzrə işlərimizi davam etdiririk.

Əminik ki, Bakı–Belqrad reysi həm sərnişinlər, həm də tərəfdaşlarımız üçün uğurlu olacaq və iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcək”, - Samir Rzayev əlavə edib.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər
27-11-2023, 15:35 Paşinyan Rusiyaya GEDİR