Qarabağ müharibəsinin ilk mərhələsində xəsarət alanlara birdəfəlik ödənişlər iyulda veriləcək
Tarix: 05-04-2022 | Saat: 12:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
346 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-04-2022 | Saat: 12:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev "Sosial saat"da bildirib. Onun sözlərinə görə, birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub:
"Müvafiq qurumlardan məlumatların göndərilməsi prosesi başa çatmayıb. Vətəndaşın bunun üçün heç bir quruma üz tutmasına ehtiyac yoxdur. Əgər hər hansısa bir şəxs ödəniş həyata keçirilən zaman iddia edirsə ki, onun da yardım almaq hüququ var, bu zaman müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fonduna və DOST mərkəzlərinə müraciət edə bilər. Biz həmin müraciəti müvafiq qurumlara yönləndirəcəyik və müsbət cavab alınarsa, həmin şəxslərə də ödəniş edilə bilər".
Qeyd edək ki, ötən ilin 23 dekabrında ölkə başçısının imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.

Xəbəri paylaş
Digər xəbərlər
12-04-2023, 15:20
Laçında çoban minaya düşdü
30-09-2021, 12:26
Gorus-Qafan yolundan yeni xəbərlər var - Ermənilər NARAHATDIR
16-10-2024, 10:23
Dəmir yolu ilə sərnişindaşımaları 22%-dək artıb
23-12-2024, 14:45
Bayden 37 nəfəri ölüm cəzasında azad edib
6-07-2023, 15:53
Zaxarova: Fransanın Azərbaycan-Ermənistan normallaşmasına müsbət töhfə verə biləcəyinə dair heç bir illüziya yoxdur
28-05-2022, 15:06
Ərdoğan Azərbaycana gəldi
5-01-2022, 12:28
Şuşada məscid tikintisi ilə bağlı 6 ədəd beşmərtəbəli bina söküləcək
19-08-2024, 10:18
Blinken İsraildə səfərdədir
30-09-2025, 20:39
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
2-05-2022, 04:12
Ukraynanın xarici işlər naziri Almaniya hökumətini tənqid edib