Saytımızı qiymətləndirin


 
 

Dünən Əsgəranda oğlu ilə birgə saxlanılmış general Balasanyanın döyüldüyü də bəlli oldu…
Tarix: 14-07-2023 | Saat: 11:35
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Dünən Əsgəranda oğlu ilə birgə saxlanılmış general Balasanyanın döyüldüyü də bəlli oldu…
"Mənbələrimiz baş verənləri 2018-ci ildə general Manvel Qriqoryanın işi ilə müqayisə edərək, bunu “Tuşonka 2 əməliyyatı” adlandırıb..."
Xəbər verildiyi kimi, dünən – iyulun 13-də  Azərbaycan Respublikası Xocalı rayonunun Əsgəran şəhərində erməni general Vitali Balasanyan, oğlu və əmisi oğlu öz evində separatçı-terrorçu rejimin qanunsuz “hüquq-mühafizə orqanları” tərəfindən saxlanılıb. Evdə axtarış aparıldıqdan sonra onlar xüsusi xidmət orqanlarına aparılıb.
 
Qarabaginfo.az xəbər verir ki, “Hraparak” nəşrinin gecə saatlarında yaydığı məlumata görə, general Balasanyan saxlanılan zaman zorakılığa məruz qalıb.
 
Bu haqda onun vəkili -  “artsaxın vəkillər palatası”nın üzvü Rafael Martirosyan məlumat paylaşıb.
 
“İctimaiyyətə bildirirəm ki, Artsax qəhrəmanı Vitali Mixail Balasanyanın hüquq və qanuni mənafelərinin müdafiəsini öz üzərimə götürmüşəm. Vitali Balasanyan həbs edilib. Bədənində çoxlu xəsarətlər var”- deyə erməni terrorçu generalın vəkili bildirir.

"Hraparak"ın yaydığı digər məlumatda general Balasanyanın həbs olunmasının ehtimal edilən səbəbi də açıqlanıb:

"Bir az əvvəl öyrəndik ki, 40 dəqiqəlik axtarışdan sonra Artsax qəhrəmanı Vitali Balasanyan və oğlu həbs edilib. Artsaxdakı mənbələrimiz baş verənləri 2018-ci ildə general Manvel Qriqoryanın işi ilə müqayisə edərək, bunu “Tuşonka 2 əməliyyatı” adlandırıb. Mənbəmiz bildirir ki, Balasanyan çirkli pulların yuyulmasında şübhəli bilinir. Dörd günlük müharibə zamanı 80 milyon dram mənimsənilib.

Mənbəmiz onu da xatırladıb ki, Artsax prezidenti yanında anti-böhran şurasının sədri Tiqran Petrosyan dünən öz "Facebook" səhifəsində yazıb ki, 2016-cı ildə dördgünlük müharibə zamanı Artsaxa göndərilən siqaretlər Artsax bazarında peyda olub. Artsaxda yayılan xəbərlərə görə, bu yazı həm də Balasanyanın həbsi ilə bağlıdır".

Musavat.com xatırladır ki, Qarabağ canilərindən biri olan Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni “özünümüdafiə” dəstələrindən birinə rəhbərlik edib. 1990-cı ildə keçmiş Əsgəran rayonunun “özünümüdafiə qüvvələrinin komandiri” təyin olunub. 1996-1998-ci illərdə diviziya komandiri, 1998-1999-cu illərdə tanınmayan qondarma qurumun “müdafiə ordusu”nun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə terrorçu rejimin “müdafiə nazirinin müavini” olub. 2000-2005-ci illərdə "arsax müharibəsi veteranları birliyi" adlı ictimai təşkilata rəhbərlik edib.

 
2000-ci ildə general-mayor rütbəsi alıb. Əsgərandan kənarda da bir sıra hərbi əməliyyatlarda iştirak edib, o cümlədən Ağdam döyüşü, Horadiz əməliyyatı və sair. 2002-ci ildə azərbaycanlılara qarşı cinayətlərinə görə “arsax qəhrəmanı" adını alıb. Son aylar Balasanyanla qondarma qurumun rəhbərliyi arasında dərin çatlar yaranmışdı. Xüsusilə də Balasanyanın Azərbaycanın tələblərinə əməl edib, silahı yerə qoymağa meyilli olması terrorçu rejimi narazı salmışdı. Onun məhz Xankəndidə mitinq təyin olunmasından sonra qandallanması da diqqət çəkir.(Moderator.az)


Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər