Saytımızı qiymətləndirin


 
 

Macarıstan işğaldan əziyyət çəkmiş insanların həyatını yaxşılaşdırmaq istəyir
Tarix: 03-02-2022 | Saat: 19:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

Macarıstan XİN rəhbəri Azərbaycana gəldi

Əməkdaşlığımızın güclü əsasları var. Çətinliklərə baxmayaraq, ticarət dövriyyəsi artır, macar investorlar Azərbaycan bazarında daha çox rol oynayır. Macarıstanın MOL şirkəti Xəzər akvatoriyasında neft hasilatında iştirak edir. Azərbaycanda iqtisadi əməkdaşlıqda uğurlar qazanırıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib. 

Siyarto Bakıya Macarıstandan 24 şirkətin nümayəndəsi ilə birlikdə gəldiyini, Azərbaycan iqtisadiyyatının fərqli sahələrinə investisiya yatırmağa hazır olduqlarını söyləyib: “Biz Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Qarabağın bərpasına uğurlu töhfə vermək istəyirik. İşğaldan əziyyət çəkmiş insanların həyatlarını yaxşılaşdırmaq və bu istiqamətdə Azərbaycan şirkətləri ilə birgə bu ərazilərdə işləmək istəyirik. Bura mənimlə Macarıstandan 24 şirkətin nümayəndəsi gəlib. Biz şəhərlərin, ərazilərin infrastrukturunun qurulması prosesində iştiraka hazırıq. Alternativ enerji mənbələrindən istifadə üçün lazımi avadanlıqları istehsal edən müəssisələrin qurulmasına, mədəni və dini abidələrin bərpasında iştiraka hazırıq. Macarıstan bankı investorlarımız üçün kredit xətti açıb, lazım gəlsə, bu maliyyə genişləndiriləcək. Qaz təchizatı ilə bağlı da danışıqlar aparırıq. Cənub Qaz Dəhlizi ilə bağlı marağımızı ifadə etmişik. Biz enerjinin diversifikasiyasında maraqlıyıq. Texniki danışıqlar artıq başlayıb. Bu gün kənd təsərrüfatı, su təsərrüfatı sahəsində sənədlər imzaladıq”.(Apa)



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər