"Münaqişə evə görə baş verib. Belə ki, Məhəmmədəli Mustafayevin iki oğlu var. Onlardan biri həyat yoldaşı ilə Bayan kəndində yerləşən digər evdə yaşayır. M.Mustafayev isə kiçik oğlu, onun arvadı və övladları ilə birlikdə qalırmış.
Bundan sonra Məhəmmədəli Mustafayevlə kiçik gəlini Nəzakət Həsənova arasında münaqişə yaşanıb. Sonda isə M.Mustafayev öz gəlinini bıçaqla qətlə yetirib.
Qeyd edək ki, N.Həsənovanın 3 övladı var.
Bu gün M.Mustafayevin evində gəlinləri arasında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmmədəli Mustafayev bu söz-söhbətlərdən bezdiyini, artıq özünü öldürmə həddinə çatdığını bildirib. Onun böyük oğlunun həyat yoldaşı mübahisə bitdikdən sonra evi tərk edib.