Azərbaycanlı qanuni oğru "Emin Hacıqabulski" kimi tanınan Emin Əhmədov 13 il həbs həyatından sonra azadlığa çıxıb.
"Qarabaginfo"nun "Open.az"a istinadən məlumatına görə, qanuni oğru Krasnoyarski cəzaçəkmə müəssisindən azad olunub.
Rusiya KİV-də olan məlumatda qeyd edilib ki, Emin Əhmədov ömürlük Rusiyaya gəlmək qadağan edilib.
Emin Hacıqabulski kimdir?
Emin Əhmədov 1981-ci ildə anadan olub. Gənc yaşlarından kriminal aləmlə yaxınlaşıb. Onun da yolu digərləri kimi "oğru şəhəri" sayılan Moskvadan keçib. 2007-ci ildə "Emin Hacıqabulski" Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. Moskva məhkəməsi onu bandtizmdə, quldurluqda və ölümə cəhddə günahlandıraraq 13 il müddətinə həbs edib.
2013-cü ildə azərbaycanlı qanuni oğruların da iştirak etdiyi "sxodka"da qanuni oğru adını alıb. Onunla birgə digər azərbaycanlı "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov da taclanıb.
Lakin Emin Hacıqabuliski azərbaycanlı mafia lideri, qanuni oğru "Lotu Quli" ləqəbli Nadir Səlifovla münasibətləri pisləşib. "Qanuni oğrular" arasında soyuq müharibə gedib. 2013-cü ildə Nadir Səlifov Emin Hacıqabulksinin "oğru" adının dayandırılması haqqında qərar qəbul edib və bütün həbsxanalara bu "praqon" göndərilib.
2017-ci il fevral ayından "Emin Hacıqabulski"nin həbsxanada olan zaman "qanuni oğru" adı rus və gürcü oğrular tərəfindən bərpa edilib. Yalnız 2017-ci ilin oktyabr ayında yenidən onun adının əlindən alınması ilə bağlı sxodka olub.
Hazırda kriminal aləmdə onun vəziyyəti mübahisəlidir. Bəzi qruplar onu qanuni oğru kimi tanısa da, bəziləri ilə onun bu addan məhrum edildiyini iddia edir.