Saytımızı qiymətləndirin


 
 

Erməni deputat: Azərbaycanlılar bizdən daha mədənidir
Tarix: 20-04-2023 | Saat: 10:47
Bölmə:Karusel / Region | çapa göndər

Erməni deputat: Azərbaycanlılar bizdən daha mədənidir

 

Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Hakop Aslanyan İrəvanda Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyanı və onu dəstəkləyənləri sərt tənqid edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

 

Erməni deputat qeyd edib ki, azərbaycanlılar həmişə ermənilərdən daha mədəni olub.

 

“Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür”, - deyə siyasətçi bildirib.

 

Qeyd edək ki, aprelin 14-də İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Belə ki, səhnəyə çıxan erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. O, polisə aparılsa da, bir neçə saat sonra sərbəst buraxılıb. Rəsmi Bakı hadisəyə sərt reaksiya verib və təxribatçının cəzalandırılmasını tələb edib.(Modern.az)



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər