Saytımızı qiymətləndirin


 
 

DHL Rusiyaya daşımaları dayandırır
Tarix: 02-03-2022 | Saat: 13:53
Bölmə:Karusel / Dünya | çapa göndər

DHL Rusiyaya daşımaları dayandırır

Almaniyanın transmilli poçt və logistika şirkəti DHL Rusiya Federasiyasına xaricdən daşımaları dayandırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

"Biz Ukraynaya və Ukraynadan daşınma əməliyyatlarımızı müvəqqəti olaraq dayandırdıq. Buna uyğun olaraq, hazırda Ukraynaya təyinatlı və ya Ukraynadan gələn DHL yüklərini qəbul etmirik. Həmçinin, Rusiyaya idxalı növbəti xəbərdarlıq edilənə qədər dayandırmışıq, ona görə də hazırda Rusiya üçün nəzərdə tutulan hər hansı təchizatı qəbul etmirik", - məlumatda deyilir.

Xatırladaq ki, İsveçrənin "Kuehne & Nagel" logistika şirkəti də Rusiyaya idxal daşımalarının dayandırıldığını elan edib. Fevralın sonunda UPS və "FedEx" poçt xidmətləri Rusiyaya məktub və bağlamaların çatdırılmasının dayandırıldığını bildiriblər.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər