Saytımızı qiymətləndirin


 
 

Ermənistan XİN: Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq
Tarix: 14-09-2025 | Saat: 15:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistan XİN: Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hələ 13 martda saziş mətninin razılaşdırıldığı elan edilərkən, Ermənistan tərəfi sənədin tezliklə imzalanmasına hazır olduğunu bəyan edib. Bu mövqe 8 avqustda sazişin paraflanması ilə də təsdiqlənib və beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazanıb.

Ani Badalyan vurğulayıb ki, Ermənistanın prinspial mövqeyi dəyişməyib: “Sazişin qısa zamanda imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq”.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər