Saytımızı qiymətləndirin


 
 

"Heyrətdən gözləriniz yaşaracaq: Putin Donbası ziyarət edəcək..."
Tarix: 06-12-2022 | Saat: 17:35
Bölmə:Karusel / Region | çapa göndər

"Onlar yalnız rus kişisini Putin uğrunda gəbərməyə təşviq edə bilər..."
 
"Putin dünya mediasını özünün istisnasız qorxaqlığına necə də alışdıra bilib..."
 
"Avropa dövlətləri başçıları dəfələrlə Kiyevi, çox vaxt atəşlərə məruz qalanda ziyarət edib, Kreml təbliğatçıları Putinin Donbası ziyarət edəcəyini sensasiya kimi təqdim edir..."
 
"Bizim əjdahamız belədir, dəliqanlıdır, qoçaqdır..."
 
"Putin hər hansı kəşfiyyatda işləməyib, o, DTK-nın Birinci deyil, Beşinci idarəsində adi əməliyyatçı olub..."
 
"Simonyan və Skabeyeva Haaqa barəsində buna görə ağlayıb-sızlamır, onlar Rusiyanın məğlubiyyətinin səbəblərini gözəl anlayır..."
 
"Müharibənin daha bir günü arxada qalıb. Bahmut rayonunda şiddətli döyüşlər davam edir. Lakin onlar cəbhə xəttində hər-hansı nəzərəçarpacaq dəyişikliyə gətirib çıxarmayıb".
 
Bu barədə rusiyalı müxalif siyasətçisi Alfred Kox özünün "Facebook" səhifəsində yazıb.
 
"Belə şayiələr gəzir ki, rusiyalılar Enerqodarı və Zaporojye AES-i tərk etmək niyyətindədir. Amma bunun belə olub-olmaması hələlik aydın deyil. Ümid edək ki, bu, belədir.
 
Görsənir ki, Ukrayna Silahlı Qüvvələri Svatovo və Kremennayada nəsə düşünüb. Bunun nəticələrini yalnız sabah-birisi gün görəcəyik. Əlbəttə, onlarlın hücumu uğurlu alınarsa.
 
Bax, müharibə son iki həftə belə vəziyyətdədir. Bunun yaxşı, yoxsa pis olduğunu bilmirəm...Sanki yaxşıdır ki, çoxdandır Putin Ukrayna şəhərlərini atəşlərə məruz qoymayıb. Digər tərəfdən, hər iki tərəfə cəbhədən tabutlar gedir. Və bunun sonu görünmür. Bunun nəyinə sevinəsən ki? Sevinməyə heç nə yoxdur...
 
Peskov məlumat verib ki, "Putin zamanla Donbası ziyarət edəcək". Aman Allah! Xəbərə bir bax! Bütün agentliklər bunu bir nömrəli xəbər kimi yayımlayıb. Putin dünya mediasını özünün istisnasız qorxaqlığına necə də öyrəşdirib! Belə vəziyyətdə baş verənin dövlət başçısı üçün mütləq və hətta sıradan bir hadisə kimi qəbul edilməli olduğu halda, bunu sensasiya və az qala qəhrəmanlıq kimi təqdim edirlər.
 
Xatırladım ki, Avropa dövlətləri başçıları və onların xarici işlər nazirləri artıq Kiyevi, özü də bəziləri bir neçə dəfə ziyarət edib. Həm də çox zaman onlar Kiyevi atəşlərə məruz qaldığı zaman ziyarət ediblər. Zelenski isə dəfələrlə cəbhə xəttinə gedib. O cümlədən, demək olar ki, mühasirədə olan Lisiçanska və yenicə işğaldan azad edilən Xersonu ziyarət edib.
 
Burada isə Kreml piarçıların düşüncəsi ilə hamı Putinin Donbası ziyarət etmək niyyəti barədə xəbər tutanda heyrətdən gözlərindən yaş axmalıdır. Zamanla. Nə  zamansa. Sonra.  Daha rahat məqamda. Və özü bunun yeri olduğunu hesab edəndə. Hələlik, tarixi açıqlamaq tezdir, amma bu, mütləq baş verəcək. Perspektivdə. Amma dəqiq ziyarət edəcək. Və məhz Donbası ziyarət edəcək. Buna şübhəniz olmasın. Bizim əjdahamız belədir, dəliqanlıdır, qoçaqdır! Onun həm də təhlükə hissi, özünün deməsinə görə, aşağıdır.
 
Onun xatirələrində yazılıb ki, aşağı təhlükə hissi ucbatından onu hətta kəşfiyyata da götürmək istəməyiblər. Amma götürüblər...Və peşiman olmayıblar...Orada, Elba çayının sahilində, ADR-in Drezden şəhərində qarmaqla oturub nə qədər kəşfiyyat aparıb, bir Allah bilir...Yəqin çox olub...
 
Yeri gəlmişkən, Putin hər hansı kəşfiyyatda işləməyib. Bunların hamısı yalandır. Bu yaxınlarda sosial şəbəkələrdə 1976-cı ildə məşhur Piter dissidenti Volkovun axtarış protokolunun fotoşəkli üzə çıxıb. Protokolda DTK leytenantı V.V. Putinin imzası var.
 
ADR-ə ezamiyyətə getməyə isə onun özü (Əfqanıstana ezamiyyətin yerinə) istefaya çıxmazdan öncə mükafat olaraq xahiş edib. AFR-ə deyil, məhz ADR-ə. Çünki onun kəşfiyyatçı kimi heç bir təcrübəsi olmayıb, o, SSRİ DTK-nın xəbərçilərin yönətimi ilə dissidentləri həbsə atan Birinci deyil, Beşinci idarəsində adi əməliyyatçı olub. Ştirlits-2 haqqında gözəl əfsanə isə onun prezidentliyə namizədliyi irəli sürülməzdən azca əvvəl uydurulub. Bax, bu, belə cəsur və qəhrəmandır...Başı deşik qəhrəman...
 
Bir də nəyi demək istəyirəm...
 
Mən elə hey düşünürəm: nədən Putin təbliğatçıları Rusiyada səfərbər edilənləri belə canfəşanlıqla özlərini ələ almağa, dözməyə və s. təşviq edirlər? Nədən onları daha yaxşı döyüşməyə ruhlandırır və motivasiya edirlər? Bəyəm onlar kifayət qədər yaxşı döyüşmür?
 
Nəzərə alsaq ki, onlar sakitcə Ukrayna pulemyotlarına tərəf gedir, yüzlərlə həlak olur və Donetskin çirkli çöllərində qalır, öz rəisləri tərəfindən atılaraq ucsuz-bucaqsız Ukrayna çöllərində donur və acından ölür, dava-dərmansız və həkim yardımı olmadan ölür, demək, onlar insan imkanlarının son həddində vuruşurlar.
 
İsti və təhlükəsiz Moskvadan onları nə qədər ruhlandırsan da, bundan çoxuna nail ola bilmərsən. Bəs o zaman təbliğatçılar bunu niyə edir?  Bəyəm onlar Rusiya ordusunun zəif yerini onun əsgərlərinin pis döyüşməsində görür? Onların kifayət qədər motivasiya olunmadığında görür?
 
Mənə elə gəlir ki, Simonyan və Skabeyeva buna görə Haaqa barəsində ağlayıb-sızıldamır. Onlar gözəl anıayır ki, Rusiya ordusunun, yumşaq desək, xırda "uğurlarının" səbəbləri başqadır. Pis generallarda, getdikcə sayı azalan pis silahdadır. Pis təchizatdadır. Yuxarıdan aşağıya oğurluqdadır. Müdafiə sənayesinin dağılmasındadır. Yüksək texnoloji komponentlərin olmamasındadır. Və məğlubiyyətin daha yüzlərlə səbəbindədir.
 
Amma onlar bədbəxt rusialı əsgərçikdən yapışıb, onu özünü sıxmağı yalvarırlar. Haraya, nədən sıxmağa? Barmağından? Nə ilə güllə atsın? Mərmilər hanı? Toplar və tanklar üçün lülələr hanı? Yanacaq hanı? Yemək hanı? Niyə Roqozin səngərlərdə NATO formasında gəzsin, amma mən arvadının aldığı sırıqlı kürk geyinnəliyəm? Hanı bizə vəd edilən pullar? Televizirda boğazınızı yırtmaq əvəzinə bəlkə ərləriniz və oğullarınızı cəbhəyə göndərəsiniz?
 
Rusiyalı təbliğatçılar mənə bir lətifədəki içki düşkününü xatırladır, o, itən pul kisəsini fənərin altında ona görə axtarmayıb ki, onu orada itirib, ona görə ki, fənərin altı daha işıqlıdır.
 
Burada da belədir. Onlar əsgərçiyi ona görə daha cəld ölməyə təşviq edir ki, bu, onlara yeganə izn veriləndir. Onlar oğruları, ordunu və hərbi sənayeni talan edənləri tənqid edə bilməz. Akademiyada oxumaq əvəzinə araq içən generalları heç tənqid edə bilməz. Kremli bu yaramaz müharibəyə görə tənqid edə bilməz. Onlar yalnız rus kişisini Putin uğrunda gəbərməyi təşviq edə bilər. Onlar da bunu edir.
 
Lənətə gələsiniz! Ukrayna və rus göz yaşları sizi tutsun!.."
 
Müəllif: Alfred Kox
(moderator.az)


Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər
22-03-2022, 10:33 Neft bahalaşdı